Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabatı keçirildi.

23 yanvar 2020 | 16:00

Yanvarın 23-də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirildi. Tədbiri açan Nümayəndəliyin sədri Rizvan Mikayıllı qeyd etdi ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 8 ildir ki, fəaliyyət göstərir. Nümayəndəlik “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədən irəli gələn vəzifələri və Şəhər İcra Hakimiyyəti başçısının əmr, sərəncam, tapşırıq, təlimati göstəriş və tövsiyələrini öz gündəlik fəaliyyətində rəhbər tutaraq səlahiyyətləri daxilində onların yerinə yetirilməsinin təmin olunmasına çalışmışdır.  Nümayəndəliyin əsas vəzifələrindən biri də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və həllinə köməklik göstərilməsindən ibarətdir.
   Hesabatda Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin rəisi Əli Ağamirov, Bələdiyyə üzvü Əli Əliyev, sakinlərdən Mehman Məlikov, Allahverdi  Əliyev, Ağahüseyn Xəlilov çıxış etdilər.
   Mingəçevir şəhər İcra Hakimiyyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirdi ki, inkişaf yolunda inamla irəliləyən Azərbaycan ötən il bir çox nailiyyətlərə nail olub. İlk olaraq ölkə prezidenti İlham Əliyevin vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı sərəncamlar ilə əmək haqları, pensiya və müavinətlər, minimum əmək haqqı, sosial müavinətlər artırılmışdır. Dünyaya uğurla inteqrasiya edən, beynəlxalq forumlara və konfraslara qatılan, həmçinin möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycanın nüfuzu artdıqca xalqın gələcəyə olan inamları da artır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə davamlı olaraq həyata keçirilən yenidənqurma və əsaslı təmir işləri  ötən il genişlənmiş və bu il də geniş miqyas alacaqdır. Şəhərdə yeni istirahət parkları salınır, küçə və məhəllələrdə əsaslı tikinti işləri aparılır, yaşıllıq zolaqları genişlənir. Kommunal xidmət sahəsində mövcud olan nöqsanların aradan qaldırılması məqsədi ilə işlər görülür. Doğma şəhərin abadlaşması, gözəlləşməsi məqsədi ilə həyata keçirilən hər bir layihə sakinlərin rahatlığı üçündür.

Keçidlər