Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyari görüş keçirildi.

22 yanvar 2020 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Turizm Kollecində Samux küçəsinin sakinləri ilə keçirildi. Görüşü açan şəhər rəhbəri bildirdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə sakinlərlə keçirilən görüşlərin əsas məqsədi sizlərin problemlərinizi, arzu və təkliflərinizi öyrənmək, onların həllinə nail olmaqdır. Bildiyiniz kimi, ötən il inkişaf yolunda irəliləyən Azərbaycan üçün uğurlu olub.  İqtisadi və sosial sahələrdə uğurlar əldə edilib, onlarla infrastruktur layihələr reallaşıb, ölkənin ən ucqar kəndlərinə qaz xəttinin çəkilişi başa çatıb. Bununla yanaşı vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə  ölkə başçısının imzaladığı sərəncamlar  tətbiq edilib, minimum əmək haqqı, sosial müavinətlər, pensiyalar, imtiyazlı ailələrə verilən müavinətlər artırılıb. Mingəçevirdə də ardıcıl olaraq abadlıq-quruculuq və əsaslı tikinti işləri reallaşıb və işlər davam edir. Onlarla məhəllədə əsaslı tikinti işləri, asfaltlanma, binaların bloklarının əsaslı təmiri, işıqlanma sisteminin quraşdırılması, nümunəvi məhəllələrin yaradılması, uşaqlar üçün oyun meydançalarının yaradılması başa çatıb. 13 nömrəli orta məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunur, 16 nömrəli otra məktəb əsaslı təmir edilir. 3 uşaq bağçası körpələr evinin əsaslı, 4 bağçanın isə cari təmiri davam edir. Ölkə prezidentinin regionlara göstərdiyi diqqət və qayğının davam etdirilməsi sayəsində bu il də  işlər davam etdiriləcək.

   Sakinlər çıxış edərək ölkə prezidentinin diqqət və qayğısı sayəsində regionlarda həyata keçirilən sosial iqtisadi inkişaf proqramının Mingəçevirdə də uğurla davam etdirilməsini təqdir etdilər. Əlavə olaraq onları narahat edən problemləri - yaşayış binalarında istilik sisteminin olmaması, yaşıllıq sahələrinin, fərdi evlərdə ağacların suvarılması üçün köhnə xətlərin bərpa olunması, Bağlar yaşayış massivində kanalizasiya sisteminin olmaması, təhsil və tərbiyə ocaqlarının tikilməsi kimi məsələləri qeyd etdilər.

   Çıxışları dinləyən şəhər rəhbəri qaldırılan problemlərlə bağlı idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verdi.  Qeyd etdi ki, bütün müraciətlər həllini tapacaq. Sizləri narahat edən bütün məsələlər bizim fəaliyyət planımız olacaq, birlikdə şəhərin abadlaşdırılması, gözəlləşməsi və hər bir mingəçevirlinin sosial şəraitinin yaxşılaşdırılması naminə işləri sürətləndirəcəyik.

Keçidlər