Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar Şəhidlərinin 30-cu ildönümü münasibətilə izdihamlı mərasim keçirildi.

20 yanvar 2020 | 16:00

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tədbirlər planına müvafiq olaraq Mingəçevir şəhərində 20 Yanvar şəhidlərinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilmişdir. Mərasim Şəhidlərin ruhuna dualar oxunmaqla başladı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 20 Yanvar hadisələrinin qaynaqlanma mənbələrini və bu zaman mənfur qonşularımızın xain xislətini üzə çıxardaraq qeyd etdi ki, bu faciə nə qədər üzücü, ağrılı olsa da, bütün dünyaya Azərbaycan xalqının mərdlik, mübarizlik simvolu kimi daxil olub. Əliyalın, heç bir silaha sarılmadan başdan-ayağa yüksək texnika ilə təchiz olunmuş ordu üzərinə gedən insanlar əyilmədi, öz mərdliyini qoruyaraq xalqın azadlığı yolunda mətinlik göstərdilər. 20 Yanvar hadisələri zamanı uzun illər keçmiş ittifaqın rəhbər vəzifələrində işləmiş ulu öndər Heydər Əliyev ona qarşı yönəldilmiş təzyiqlərə və çətinliklərə baxmayaraq öz iradəsini ortaya qoyub Moskvadakı Azərbaycan səfirliyinə gələrək hadisələrin törənmə səbəblərini açıqladı və günahkarların cəzalandırılmasını tələb etdi.
   Şəhər rəhbəri İlham İsmayılov daha sonra 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi ilə bağlı məsələlərə toxundu, ulu öndərin bu sahədə apardığı əməli işləri diqqətə çatdırdı. Möhtərəm prezidentimiz İlham Əliyevin Şəhidlərə göstərilən diqqət və qayğını ön plana çəkən icra başçısı qeyd etdi ki, şəhidlərin adlarının əbədiləşdirilməsi, onlara mənzillərin, minik avtomobillərinin, müavinətlərin verilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər ardıcıl davam etdirilir.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışının sonunda Azərbaycanın azdlığı uğrunda şəhid olmuş insanlara Allahdan rəhmət diləyərək onların ruhu qarşısında baş əydi. Hər bir Şəhid ailəsinə öz ehtiramını bildirdi.
   Şəhidlərin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, mətbuat və KİV-nin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər Xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət olundu. Şəhid ailələrinin üzvləri ilə görüşlər keçirildi, onların təklif və arzularını dinlədi.

Keçidlər