Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlarla görüş

04 sentyabr 2013 | 15:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütamadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirir. Qeyd edək ki, icra başçısı vətəndaşların ərizə və şikayətlərinə həmişə diqqətlə yanaşıb.  Bu dəfəki vətəndaşlarla səyyar  görüşü  şəhərin N.Nərimanov 49  məhəlləsinin sakinləri ilə olub. İlk öncə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların hər yerdə, o cümlədən Mingəçevirdə də uğurla davam etdirilməsini vurğulayıblar.  Daha sonra qeyd ediblər ki, bu məhəllədə öz həllini gözləyən bir çox problemlər mövcud idi. Sakinləri narahat edən ən çox problemlərdən  binaların dam örtüyünün, blokların  və həyətlərdəki xeyir-şər mağarlarının bərbad vəziyyətdə olması problemidir. Onlar bildiriblər ki, uzun illərdir ki, bu problemlər öz həllini gözləyir. Sadalanan problemlər sırasında xeyir-şər mağarlarında da qazın və işığın olmaması da gündəmə gətirilib. Məhəllə sakini Məleykə Həsənova zirzəmilərin vəziyyətinin bərbad olmasından şikayətlənib. Bəzi sakinlər isə məhəllə daxilində olan təhlükəli ağacların kəsilməsi üçün müraciətlər ediblər.
Daha sonra çıxış edən icra başçısı mövcud problemlərlə bağlı aidiyyatı qurumların rəhbərlərini açıq mikrofon qarşısına dəvət edərək sosial problemlərin həll  olunması üçün tapşırıqlarını verib və  vurğulayıb ki, aidiyyatı orqanlar tərəfindən qeyd edilən bütün problemlərin aradan qaldırılması üçün sistemli və əhatəli tədbirlər həyata keçiriləcək.

Keçidlər