Mingəçevirdə yolka ətrafında bayram konserti keçirildi
Dekabrın sonuncu günü ərəfəsində şəhərin baş meydanında, yolka ətrafında təşkil olunan ümumşəhər bayram konsertində Gəncə şəhərindən gəlmiş “Göygöl” Dövlət Mahın və Rəqs Ansamblının kollektivi rəngarəng musiqi nömrələri ilə mingəçevirliləri sevindirdilər. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, işçiləri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər. Heydər Əliyev parkının önündə təşkil olunan konsert proqramını şəhər sakinlərinin izləməsi üçün hər cür şərait yaradılmışdı. Burada balaca və yeniyetmələrin zövqünü oxşayan əyləncəli hədiyyələrin və şirniyyat ədviyyatlarının satılması hamının ürəyincə idi.
Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımovanın rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahın və Rəqs Ansamblının ifasında Azərbaycan bəstəkarlarının mahnıları, rəqsləri, xalq mahnıları geniş yer tuturdu. Mahnı və rəqsləri ansamblın tanınmış müğənniləri və rəqqasları ifa edirdilər. Sakinlərin alqışları ilə qarşılanan musiqi nömrələri zövqləri oxşayırdı. Konsert proqramının təşkili ilə yanaşı tədbirdə Şaxta baba və Qar qızın iştirakı böyük marağa səbəb oldu. Şaxta baba öz gəlişi ilə tədbir iştirakçılarını salamladı, onlara xoş arzularını çatdırdı, yeni 2020-ci ilin gəlişi münasibətilə şəhər sakinlərini təbrik etdi. Bayram konserti gecə saatlarınadək davam etdi.
Sonda bayram atəşfəşanlığı təşkil olundu.