Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xəstə və əlil olan bir qrup müharibə veteranı, Qarabağ əlili və əmək veteranları ilə görüşmüşdür.
29 dekabr 2019 | 16:00
“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları” münasibəti ilə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xəstə və əlil olan bir qrup müharibə veteranı, Qarabağ əlili və əmək veteranları ilə onların mənzillərinə gedərək görüşmüş və onları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etmiş, yeni il hədiyyələri vermişdir. Təbrik olunanlar arasında Böyük Vətən Müharibəsi veteranı Baba Həsən oğlu Əliyev, birinci qrup Qarabağ əlili İlham Oqtay oğlu Həmidov, Əmək veteranları Fikrət Hüseynov, Səkinə Davudova, Məleykə Həsənova da vardır.