Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi arasında memorandum imzalanıb.

19 dekabr 2019 | 16:00

2019-cu ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi ilə Mingəçevir Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli və MDU-nun rektoru Şahin Bayramov tərəfindən imzalanan memorandum iki qurum arasında innovasiya sahəsində birgə fəaliyyət, müştərək layihələrin hazırlanması və icra edilməsi, tələbə və gənclər arasında innovativ və kreativ düşüncə tərzinin formalaşdırılması, mütərrəqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması və startaplara inkubasiya xidmətlərinin göstərilməsi istiqamətlərində əməkdaşlığın yaradılmasını nəzərdə tutur.

Keçidlər