Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov uşaqlarla keçirilən yeni il şənliyində iştirak edib.

26 dekabr 2019 | 16:00

Dekabrın 26-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Dram Teatrda şəhid ailələrinin, Qarabağ əlillərinin, aztəminatlı ailələrin uşaqları ilə keçirilən yeni il şənliyində iştirak edib.  Dünya  Azərbaycanlarının həmrəyliyi  günü və yeni il münasibəti ilə  uşaqları ürəkdən təbrik edən şəhər rəhbəri  xoş arzularını çatdırdı. Ölkə prezidenti İlham Əliyevin, birinci vitse prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açıldı.
   Şən musiqi sədaları altında davam edən şənlikdə Şaxta baba, Qar qız, qış nağılının digər qəhrəmanları balacaları təbrik etdilər, maraqlı söhbətlərlə onları əyləndirdilər. 
   Sonda balacalara yeni il hədiyyələri verildi.

Keçidlər