Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllülərlə görüş keçirdi.
Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini genişləndirir. Noyabrın 29-da şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov könüllüləri təqdimetmə mərasimində çıxış edərək ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açıb. Dövlət başçısı İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışaraq könüllülərə qazandıqları təcrübənin iş həyatlarında uğurla tətbiq etmələrini, yeni gələn 4 könüllüyə isə təcrübə müddətində uğurlar arzulayıb.
Çıxış edən könüllülər təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, şəhər İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Sonra könüllülərə sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.