Şriftin ölçüsü :

Saytın rəngi :

Energetiklər yaşayış massivində Bələdiyyə bazarı istifadəyə verildi.

21 noyabr 2019 | 16:00

Noyabrın 21-də Energetiklər yaşayış massivində Bələdiyyə bazarının açılışı oldu. Cari ilin iyun ayında Mingəçevir Bələdiyyəsinin təqdim etdiyi layihəyə əsasən bələdiyyəyə dövlət tərəfindən subsidiya  (maliyyə vəsaiti) ayrılıb və bazar binasının tikintisinə başlanıb. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi qəsəbədə mövcud olan küçə ticarətinin qarşısını almaq, şəhər bazarındakı sıxlığı azaltmaq, eyni zamanda qəsəbə sakinlərinin  sosial-rifah halının yaxşılaşdırılmasıdır. 
    Tədbiri açan şəhər bələdiyyəsinin sədri Coşqun Abdullayev ölkə prezidenti İlham Əliyevin sərəncam və tapşırığına əsasən şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, məhəllələrdə həyata keçirilən əsaslı yenidənqurma işlərindən, şəhərin müxtəlif ərazilərində sakinlər üçün yaradılmış istirahət parklarından  bəhs etdi. 
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə sakinlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər,  məhəllələrdə aparılan abadlıq işləri, salınan yeni parklar, yeni iş yerlərinin açılması, küçə və məhəllələrdə işıqlandırma sisteminin müasirləşdirilməsi, yaşıllıq zolaqlarının genişləndirilməsi, binaların dam örtüklərinin əsaslı təmir edilməsi, oturacaqların qoyulması, uşaq-əyləncə qurğularının quraşdırılması və bu kimi digər işlər yalnız vətəndaşların rahat yaşayışı, istirahəti üçündür. İstifadəyə verilən bu bazar da inanıram ki, sakinlərin ürəyincə olacaq, yaxın kəndlərin sakinləri öz məhsullarını burda rahatlıqla sata biləcəklər və əsas da küçə ticarətinin qarşısı alınacaq.

Keçidlər