Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

15 noyabr 2019 | 16:00

Noyabrın 15-də 9 nömrəli orta məktəbin akt zalında Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Rəsul Rza küçəsi 18,25, Sabir küçəsi 1,3,6, M.Maqomayev küçəsi 10,12,14 saylı binaların sakinləri ilə səyyari görüş keçirdi. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən işlərdən, iqtisadi islahatlardan, dünya dövlətləri tərəfindən tanınan, həmçinin bir sıra tədbirlərə ev sahibliyi edən Azərbaycanın qüdrətinin günbəgün artmasından bəhs etdi. Qeyd olundu ki, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının imzaladığı sərəncamlar insanlar tərəfindən razılıqla qarşılanır. O cümlədən, regionların sosial – iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin  hər yerində olduğu kimi  Mingəçevirdə də əsaslı tikinti, yenidənqurma işləri  genişlənir. Yeni məktəblər tikilir, mədəniyyət müəssisələri, səhiyyə ocaqları inşa olunaraq insanların istifadəsinə verilir, küçələr asfaltlanır, məhəllələr abadlaşır, yaşayış binalarında quruculuq işləri görülür, yeni parklar salınır, yaşıllıq zolaqları genişlənir. Bu səyyar görüşlərin keçirilməsində məqsəd görülən işlərlə bağlı əhalini məlumatlandırmaq və sakinləri narahat edən problem və çətinlikləri öyrənərək onun həlli yollarını təmin etməkdir.

   Çıxış edən sakinlər şəhəridə həyata keçirilən quruculuq işlərini təqdir edərək şəhər rəhbərinə fəaliyyətində uğurlar arzuladılar. Görüşdə mövcud olan yaşıllıqların suvarılmaması, mənzillərin istilik sistemi ilə təchiz olunmaması, vaxtı keçmiş qurumuş ağacların budanmaması və digər problemlərdən  bəhs olundu.

   Şəhər rəhbəri müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verərək bu və digər işlərin mərhələ-mərhələ həll olunacağını bildirdi. Sonda isə sakinlərə və bütün mingəçevirlilərə çağırış etdi: “Mingəçevirin gözəlliyini, səliqə sahmanını hamılıqla qorumalıyıq. Bura bizim şəhərimizdir, yaradılan gözəllikləri, yaşıllıqları, park və digər istirahət məkanlarında, məhəllələrdə qoyulan oturacaqları, uşaq əyləncə qurğularını qorumaq, təmizliyə nəzarət etmək hər bir şəhər sakininin vəzifəsidir.”

Keçidlər