Şriftin ölçüsü :

Saytın rəngi :

Milli konstitusiyamızın yaranma gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi.

12 noyabr 2019 | 16:00

Noyabrın 12-də Heydər Əliyev mərkəzində Milli konstitusiyamızın yaranma gününə həsr olunmuş elmi-nəzəri konfrans keçirildi. Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP Mingəçevir şəhər təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunan konfransı giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız müstəqil Azərbaycanda siyasi sistemin modernləşdirilməsinə, vətəndaşların hüquq və azadlıqlarının müəyyənləşdirilməsinə xidmət edir. Ölkə Konstitusiyası dövlət hakimiyyətinin qolları arasında səlahiyyətlərin hüquqi müstəvidə bölgüsünü müəyyən edərək müasir dövlət idarəçiliyi mexanizmini formalaşdırmışdır.
   Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulundan 24 il ötür. Ötən müddət ərzində Konstitusiya ictimai münasibətlərin hüquqi tənzimlənməsi, dövlətlə vətəndaş arasında qarşılıqlı hüquq və vəzifələrin müəyyənləşdirilməsi üçün mükəmməl mexanizmlər yaratmışdır.
   Bildiyimiz kimi hər bir dövlətin xarakterini, siyasi sistemin vəziyyətlərini onun Ali Qanunu-Konstitusiyası müəyyən edir. Konstitusiya siyasi sistemin strukturunu əks etdirən, sənəd və ya sənədlər toplusu olmaqla hakimiyyətin necə bölüşdürüldüyünü, hökumət təsisatlarının funksiyasını və quruluşunu, onların necə fəaliyyət göstərməli olduqlarını müəyyənləşdirir. Konstitusiyada 3 əsas hakimiyyət institutlarına qanunvericilik, icraedici və məhkəmə hakimiyyətinə başlıca yer ayrılır və bu institutların birgə fəaliyyətinin müxtəlif prinsipləri müəyyən edilir.
   Konstitusiya islahatları dövlətimizin insan və vətəndaş amilinə böyük həssaslıqla yanaşdığını və yüksək dəyər verdiyini bir daha təsdiqləyir. Bu gün 24-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafının ən böyük təminatıdır.

   Sonra söz məruzəçilərə verildi. “Heydər Əliyev Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının yaradıcısıdır” mövzusunda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, “Azərbaycan Respublikası Konstitusiyası vətəndaşların hüquq və azadlıqlarının təminatçısıdır” mövzusunda Mingəçevir Turizm Kollecinin müəllimi Ceyhun Abdullayev, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Konstitusiyamızda aparılan hüquqi islahatların təşəbbüsçüsüdür” mövzusunda YAP şəhər təşkilatı Gənclər Birliyinin sədr müavini Cavid Məmmədov çıxış etdilər.

Keçidlər