Şriftin ölçüsü :

Saytın rəngi :

Çilinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Qabriel Xara Mingəçevir şəhərində səfərdə olub.

12 noyabr 2019 | 16:00

Çilinin Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Qabriel Xara Mingəçevir şəhərində səfərdə olub. O, öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla  görüşüb. Başçı qonağı Azərbaycanın energetiklər, turizm və sənaye şəhəri olan Mingəçevirdə görməkdən məmnun olduğunu bildirib, ona şəhərin tarixi, mədəniyyəti, sənaye potensialı, eyni zamanda artıq Mingəçevirin turizm bölgəsinə çevrilməsi barədə məlumat verib. Səfir Mingəçevir şəhəri ilə dostluq münasibətləri qurmaq, qardaşlaşmaq niyyətində olduğunu vurğulayıb. İlham İsmayılov qonağa bildirib ki, Mingəçevir bir neçə xarici ölkələrlə dostluq, qardaşlıq münasibətləri qurub: “Biz bu münasibətlərdən qaçmırıq, əsas odur ki, səmərəli münasibətlər qurulsun, yəni təkcə müqavilə imzalamaqla iş bitməsin, uyğun gələn əməkdaşlığın ayrı-ayrı hissələrinin gələcək davamı olsun”.
   Çilinin Azərbaycandakı səfiri Qabriel Xara qəbula görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlığını bildirib. Səfir vurğulayıb ki, o ilk səfərini bu şəhərə edib: “Artıq Azərbaycanda olduğum müddətdən 1 il  keçir, inaıram ki, bu şəhərlə sərfəli dostluq, əməkdaşlıq münasibətləri qurulacaq. Səfir Mingəçevirlə yaxından tanış olmaq arzusunda olduğunu da bildirdi. O, səfəri çərçivəsində MDU, Sənaye Parkında, Kompüter zavodu ilə yaxından tanış olacaq”.
   Səfir Çili-Azərbaycan ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
   Sonda qonaq özü ilə gətirdiyi hədiyyəni icra başçısına təqdim edib,xatirə şəkili çəkilib.

Keçidlər