Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə şəhər günü təntənəli şəraitdə qeyd olundu.

11 noyabr 2019 | 16:00

Noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 71-ci ildönümü münasibətilə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə böyük bayram tədbiri keçirildi. Şəhərin görməli yerlərində bayram əhval-ruhiyyəli panno və plakatlar asılmış, bayraqlar vurulmuşdu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, Hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, mətbuat və KİV-in məsul şəxsləri və qonaqlar Heydər Əliyev mərkəzinin önündə ucaldılmış ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra Nərimanov küçəsi boyunca tədbirin keçirildiyi məkana – Mingəçevir Dövlət Dram Teatrına sarı yön aldılar. Burada şəhərin incəsənət ustaları, musiqi məktəblərinin kollektivləri konsert proqramı ilə sakinlər qarşısında çıxış edirdilər. Tədbir iştirakçıları üçün Dövlət Dram Teatrının foesində Mingəçevirin qədim tarixini əks etdirən eksponatlar və məktəblilərin əl işlərindən ibarət rəsm əsərləri nümayiş etdirilirdi.

   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə çıxış edərək şəhər sakinlərini və qonaqları salamladı, onlara ən səmimi, xoş arzularını çatdırmaqla bayramlarını təbrik etdi. Şəhərin İctimai-siyasi həyatında fəallıq göstərən bir qrup mingəçevirliyə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi.

   Tədbirin sonunda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov səhnədə incəsənət ustaları ilə görüşüb, səmimi söhbət etdi və onlara xoş arzularını bildirdi.
Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər