YAP Mingəçevir şəhər Təşkilatının Gənclər Biriliyi "9 noyabr - Bayraq Günü" münasibətilə dəyirmi masa keçirdi.
08 noyabr 2019 | 16:00
Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər Təşkilatının Gənclər Biriliyi "9 noyabr - Bayraq Günü" münasibətilə "Azərbaycan bayrağı qürur mənbəyimiizdir " mövzusunda dəyirmi masa keçirdi. Tədbirdən öncə YAP Mingəçevir şəhər Təşkilatı Gənclər Birliyinin üzvləri Heydər Əliyev Mərkəzində Bayraq Gününə həsr olunmuş filmə baxış keçirmişlər. Sonra YAP Mingəçevir şəhər Təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev Bayraq Günü haqqında çıxış edərək bayram münasibətilə gəncləri təbrik etdi. Tədbir gənclərin qarşılıqlı fikir mübadiləsi ilə davam etdirildi.