Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

06 noyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü 4 saylı MİS-in ərazisində oldu. Binanın qarşısı asfaltlanıb, bordürlər qoyulub, oturacaqlar yerləşdirilib. Ərazidə uşaqlar üçün əyləncə meydançası yaradılıb, binaların dam örtükləri əsaslı təmir edilib, ağacların dibləri bellənib. Sakinləri salamlayan şəhər rəhbəri ölkəmizdə həyata keçirilən islahatlardan danışaraq iqtisadi cəhətdən güclənən Azərbaycanın önəmli tədbirlərə, forumlara, idman yarışlarına ev sahibliyi etdiyini qeyd etdi. Bildirdi ki, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması vətəndaşların firavan yaşaması üçün zəmin yaradıb. Ölkəmizin hər yerində həyata keçirilən abadlıq-quruculuq işləri insanların istəkləri əsasında baş tutur. Cari ilin əvvəllərində və yay aylarında vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması məqsədi ilə dövlət başçısının imzaladığı sərəncamlara əsasən minimum əmək haqqı, pensiyalar, imtiyazlı ailələrə, məcburi köçkünlərə verilən müavinətlər artırılmış, şəhid ailələrinə birdəfəlik müavinətlər verilmişdir.

   Çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq quruculuq işlərindən razılıq edərək onları narahat edən problemlərdən danışdılar. Binalarda istilik sisteminin olmaması, yaşıllıqların suvarılması üçün su xətlərinin bərpa edilməməsi, xeyir-şər mağarlarında işıqlanma sisteminin olmaması diqqət mərkəzinə çəkildi.

   Şəhər rəhbəri İlham İsmayılov qaldırılan problemlərlə bağlı müvafiq idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verərək sakinləri əmin etdi ki, sizlərin sosial-rifah halının yaxşılaşması naminə  bundan sonra yeni-yeni layihələr həyata keçiriləcək, qaldırılan problemlərin qısa müddətdə həllinə nail olunacaq.

Keçidlər