Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə İmadəddin Nəsiminin 650 illiyi böyük təntənə ilə qeyd olundu.

06 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu il dahi şair İmadəddin Nəsiminin yubiley ili kimi tarixə düşmüşdür. Böyük şairin yubileyi ölkəmizin hər yerində təntənəli şəraitdə qeyd olunur. Füsunkar gözəlliyi ilə seçilən doğma şəhərimizin Sahil parkı İmadəddin Nəsimiyə həsr olunmuş panno və plakatlarla, rəngarəng rəsmlərlə təşviq olunmuşdu. Tədbirdə Mingəçevir Dövlət Universitetinin, Turizm kollecinin, şəhər Təhsil şöbəsinin, Mədəniyyət işçilərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivləri burada öz məharətlərini nümayiş etdirirdilər.
   Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak edirdi. İştirakçıların əl işləri və Nəsimiyə həsr edilmiş ədəbi-bədii kompozisiyaları ilə yaxından tanışlıq edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov maraqlı tədbirin təşkilatçıları ilə görüşdü, onlara Nəsimi yaradıcılığına zövqlə yanaşdıqları üçün təşəkkürünü bildirdi. Burada Nəsiminin şeirlərindən parçalar söylənildi, onun şeirlərinə həsr olunmuş muğam və mahnılar səsləndirildi, Nəsimiyə aid səhnəciklər təqdim olundu. Beləliklə, dahi şairin 650 illik yubileyi Mingəçevir ictimaiyyəti tərəfindən böyük təntənə ilə qeyd olundu.

Keçidlər