Şriftin ölçüsü :

Saytın rəngi :

“Yarat”Müasir İncəsənət Məkan Mingəçevirdə sərgi keçirib.

31 oktyabr 2019 | 16:00

Oktyabrın 31-də “Yarat” Müasir İncəsənət Məkanının xətti ilə Mingəçevir Rəsm qalereyasında “Yenə o bağ olaydı ” adlı sərginin açılış mərasimi olub.    Sərgi bu ilin sonlarına qədər davam edəcək . Azərbaycan rəssamlarının əsərlərini bir araya gətirən sərgi  araşdırma, fərdi, habelə ictimai düşüncələr üçün bir məkana çevrilir. İtalyan rəssam Mikelancelo Pistoletto tərəfindən ərsəyə gətirilmiş üçüncü cənnət işarəsi xüsusi olaraq Cənubi Qafqazın ən böyük su elektrik stansiyalarını özündə birləşdirən Mingəçevir şəhəri üçün hazırlanıb.
   İctimaiyyətlə əlaqələr deportamentinin  rəhbəri Hökumə Kərimova bildirib ki, 2011-ci ildə  fəaliyyətə başlayan “Yarat”  Müasir İncəsənət Məkanının əsas məqsədi Azəbaycanda müasir incəsənəti inkişaf etdirmək, ölkədə müasir incəsənət sahəsində kolleksiyaların sayını artırmaq,  müasir incəsənət bazarında biznes və qeyri-biznes  şəbəkəsini genişləndirərək inkişaf ertdirmək, Azərbaycan və dünya müasir incəsənət pərəstişkarlarını bir araya toplamaqdır. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Tofiq  Əsgərov,  Rəsm qalereyasının direktoru Böyükkişi Adilbəyli, Gənclər Evinin direktoru Tural Kərimli çıxış edərək incəsənətimizin inkişafı üçün bu cür layihələrin həyata keçirildiyini  təqdir etmişlər. Qeyd olunub ki, bu  “Yarat” Müasir İncəsənət Məkanının Mingəçevirdə keçirilən ikinci sərgisidir.

Keçidlər