Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə, insanların həyat və sağlamlığına neqativ təsir göstərən ən təhlükəli təhdidlərdən biridir” mövzusunda konfrans keçirildi.

30 oktyabr 2019 | 16:00

Heydər Əliyev Mərkəzinin akt zalında Mingəçevir şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyası ilə birgə “Narkotiklərin qanunsuz dövriyyəsi bəşəriyyətin gələcəyinə, insanların həyat və sağlamlığına neqativ təsir göstərən ən təhlükəli təhdidlərdən biridir” mövzusunda konfrans keçirib. Şəhər İcra Hakimiyyətinin, Hüquq mühafizə orqanlarının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, ümumtəhsil məktəblərinin, Mədəniyyət müəssisələrinin rəhbərlərinin və təmsilçilərinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Mahir Əliyev bildirib ki, ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyası öz   fəaliyyətini genişləndirir. Belə ki, regionlarda maarifləndirici tədbirlər keçirilir, cəmiyyətə bu bəlanın qarşısının alınması ilə bağlı təbliğatlar aparılır.
   Daha sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Mingəçevir şəhər Polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Rəhman Babayev, narkoloq həkim Eldar Mustafayev Narkomaniyaya qarşı mübarizə ilə bağlı aparılan işlərdən ətraflı bəhs etmişlər.

 

 

Keçidlər