Yeni inzibati binanın açılışı
Dövlət Sosial Müdafiə Fondu Mingəçevir şəhər şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Tədbirdə Fondun rəhbəri Səlim Müslümov, səhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimaiyyət nümayəndələri açılış mərasimində iştirak ediblər. Çıxış edən Fond rəhbəri fondun maddi-texniki bazasının möhkəmləndirildiyini, infastrukturun tamamilə yeniləndiyini önə çəkərək ümumilikdə pensiyaçılara və sığorta olunanlara yüksək səviyyədə xidmət göstərmək və işçilərin əmək şəraitini yaxşılaşdırmaq məqsədi ilə respublikanın 70-dən yuxarı şəhər və rayonunda yeni şöbələr üçün hər cür müasir avadanlıq və texniki vasitələrlə təmin olunmuş inzibati binaların tikilib istifadəyə verildiyini deyib. Daha sonra tədbir iştirakçıları yeni istifadəyə verilmiş binanı gəzərək orada yaradılmış şəraitlə yaxından tanış olublar. Fond rəhbərinə bildirilib ki, istifadəyə verilən yeni şöbənin xidmətindən 17430 pensiyaçı, eləcə də 21 min nəfər sosial sığorta ödəyicisi istifadə edəcəkdir.