Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın növbəti iclası keçirildi.

24 oktyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında İcra Hakimiyyətinin başçısı yanında şuranın növbəti iclası keçirildi. Oktyabrın 24-də baş tutan iclasın gündəliyində üç məsələ dururdu: “Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şura üzvlüyünə dəyişiklik edilməsi haqqında”, “Mingəçevir şəhərində ümumi orta təhsilin və uşaqların təhsilə cəlb olunmasının vəziyyəti barədə”, “Dövlət Mənzil Fondunun qorunub saxlanması haqqında”. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun məlumatına əsas tutaraq Şura Bayramov Niyazi Müzəffər oğlunun Gəncə şəhər İcra Hakimiyyəti başçısı təyin edildiyi və Qəniyev Əli Heybət oğlunun yaş həddi ilə əlaqədar işdən azad olunduğuna görə şura üzvlüyündən azad etdi. “Azərbaycan İES” MMC-nin direktoru Hüseynov Təhmasib Əbil oğlu şəhər İcra Hakimiyyəti başçısı yanında şura üzvü qəbul edildi. 2-ci məsələ ilə bağlı Təhsil şöbəsinin müdiri S.Məmmədov, 3-cü məsələ ilə bağlı aparatın Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəsul Paşayev çıxış etdilər. Məruzələr ətrafında çıxışlar olmuşdur. Müzakirə olunan məsələlərlə bağlı qərar layihələri qəbul edilmişdir.

Keçidlər