Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət müstəqilliyimizin bərpasının 28 ili: - Uğurlar, perspektivlər” mövzusunda elmi-nəzəri konfrans keçirildi.

18 oktyabr 2019 | 16:00

18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətlə Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər İcra Hakimiyyəti YAP şəhər təşkilatı ilə birgə “Dövlət müstəqilliyimizin bərpasının 28 ili: - Uğurlar, perspektivlər” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
  Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyaraq ulu öndərə ehtiramlarını bildirmişdir. Sonra Heydər Əliyev Mərkəzinin foyesində təşkil edilmiş əl işləri sərgisinə baxış keçirilib və dövlət müstəqilliyimizdən bəhs edən film nümayiş olunub.

Konfransı açan İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əlamətdar bayram münasibətilə  konfrans iştirakçılarını təbrik edərək əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımızın ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruyub saxladığını  və dünya mədəniyyəti xəzinəsinə öz töhfələrini verdiyini qeyd etmişdir.  XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika kimi qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olub. Yalnız 1991-ci ilin oktyabrın 18-də Dövlət müstəqilliyinin bərpası Azərbaycana  dünya birliyində mühüm yer tutmaq imkanı vermişdir.
   Müstəqilliyimizin ilk illərində  mövcud olan siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemindən söz açılmış,  1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkənin vətəndaş müharibəsi, müstəqilliyin  itirilməsi  təhlükəsindən xilas olması vurğulanmışdır.  Ötən 28 il ərzində aparılan uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənmiş, iqtisadiyyat yeni  inkişaf yoluna qədəm qoymuşdur.
     Sonra YAP Mingəçevir şəhər  təşkilatının sədri Cavanşir Yusubov “18 oktyabr 1991-ci il - Azərbaycanın dövlət müstəqilliyinin bərpası tariximizin şanlı səhifəsidir”, MDU humanitar fənlər kafedrasının tarix müəllimi Vüsalə Mövlayeva “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini əbədi edən tarixi şəxsiyyətdir”, Mingəçevir Turizm Kollecinin  müəllimi Aybəniz Əliyeva “Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyası müstəqilliyimizin  möhkəmləndirilməsinə xidmət edən yoldur”, Gənclər və İdman İdarəsinin rəisi, YAP şəhər təşkilatının Şura üzvü Kamal Nəcəfli “Müasir Azərbaycanın uğurları ölkə Prezidenti cənab İlham Əliyevin düzgün və səmərəli rəhbərlik strategiyasının nəticəsidir” mövzularında çıxışlar etmişlər.


   Tədbirə yekun vuran Mingəçevir şəhər İcra Hakimiyyətinin  başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunması, Azərbaycanın dünyaya inteqrasiyası yolundakı fəaliyyəti və  bu siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Keçidlər