Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

17 oktyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 3 saylı tam orta məktəbdə sakinlərlə keçirdiyi növbəti səyyar görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi Təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov iştirak edib. Sakinləri salamlayan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq sakinlərlə keçirilən bu cür görüşlər onları narahat edən problem və narahatlıqların öyrənilməsi və həll edilməsi istiqamətinə yönəlib.  Şəhər rəhbəri bildirib ki, dövlət başçısının cari ilin əvvəlindən vətəndaşların sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə imzaladığı sərəncamlara əsasən minimum əmək haqqlarıı, əmək və sosial pensiyalar, imtiyazlı ailələrə verilən müavinətlər artıb, şəhid ailələrinə birdəfəlik müavinətlər verilib, problemli kreditlər həll olunub. Aparılan düzgün siyasət nəticəsində Azərbaycanda həyata keçirilən layihələr genişlənir, ölkənin hər yerində abadlıq-quruculuq və yenidənqurma işləri aparılır. Təhsil müəssisələri, səhiyyə və mədəniyyət ocaqları inşa olunur və ya əsaslı təmir edilir.

   Çıxış edən sakinlər Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən abadlıq quruculuq işlərinin  genişlənməsini, yaşıllıq zolaqlarının çoxalmasını, eyni zamanda məhəllələrdə reallaşan əsaslı tikinti işlərini, yaşayış binalarının dam örtüklərinin yenilənməsini, blokların təmirini, fasad hissələrinin suvanaraq rənglənməsini təqdir edərək ölkə başçısına və şəhər rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Eyni zamanda sakinlər onları narahat edən - istilik sisteminin bərpa edilməsi, bəzi binaların qarşısında mağarlarda mövcud olan problemlər, oturacaqların olmaması, işıqlanma sisteminin çəkilməsi, qurumuş ağacların təhlükəli olduğunu qeyd etdilər.

   Sonda şəhər rəhbəri qeyd etdi ki, qaldırılan hər bir problem mərhələ-mərhələ öz həllini tapacaq.

Keçidlər