Təcrübə keçən könüllülərə sertifikatlar verildi.
Mingəçevir şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdimetmə mərasimində çıxış edərək ölkəmizdə Könüllülük hərəkatının inkişafından söz açdı. Ölkə Prezidenti İlham Əliyevin Könüllülük hərəkatına göstərdiyi diqqətdən danışdı və könüllülərə qazandıqları təcrübənin iş həyatlarında uğurla tədbiq etmələrini arzuladı.
Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, İcra Hakimiyyəti aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildirdilər. Sonra könüllülərə sertifikatlar təqdim olundu, xatirə şəkli çəkdirildi.