Şriftin ölçüsü :

Saytın rəngi :

“5 oktyabr - Müəllim günü” münasibəti ilə tədbir keçirildi.

04 oktyabr 2019 | 16:00

“5 oktyabr - Müəllim günü” münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin iclas zalında tədbir keçirildi.  Ümumtəhsil məktəblərinin rəhbərlərini və nümayəndələrini salamlayan və peşə bayramı münasibəti ilə təbrik edən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin bu şərəfli peşə sahiblərinə göstərdiyi diqqət və qayğıdan  danışdı.  Qeyd olundu ki, bu siyasi kursu uğurla davam etdirən ölkə prezidenti İlham Əliyev yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl  işlər görür.  Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də  müasir  texnika və texnologiyalarla təchiz olunmuş məktəb binaları tikilir və əsaslı təmir edilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse prezidenti Mehriban Əliyevanın   təhsilə göstərdiyi qayğı da danılmazdır. Ölkə prezidenti İlham Əliyevin bir gün əvvəl imzaladığı sərəncamda bir qrup təhsil işçisinin fəxri fərman və medalla təltif edildiyi qeyd olundu.  Onların arasında Mingəçevir şəhər Texniki Humanitar liseyin müəllimi Yaşar İsmayılov "Əməkdar müəllim"   fəxri adına layiq görülüb.
   Çıxış edən şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov ölkə prezidentinin təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışaraq müəlllim və şagirdlərin uğurlarından,  müsabiqə və bilik yarışlarındakı  fəallıqlarından bəhs etdi, əminliklə bildirdi ki,  bundan sonra da Mingəçevir şəhərində fəaliyyət göstərən pedaqoji kollektiv qarşıya qoyulan vəzifələri ləyaqətlə yerinə yetirəcəkdir.

   Sonda  fəaliyyətlərində fərqləndiklərinə görə və 5 oktyabr müəllim günü münasibəti ilə  Fəridə Kərimova, Nəriman Qədirov və Sevda Şükürova  şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edildilər.

Keçidlər