Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ahılları təbrik etdi.

01 oktyabr 2019 | 16:00

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi "Ahılların müdafiəsi ilə bağlı Qətnamə"yə əsasən, 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü kimi təsis edilib. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir.
   Şəhər İcra Hakimiyyətinin və Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin təşkilatçılığı ilə şəhərin ahılları üçün bayram tədbiri keçirildi. İcra Hakimiyyəti başçısı İlham İsmayılov əlamətdar gün münasibətilə yaşlı nəslin nümayəndələrini təbrik etdi və onların dünyagörüşünə, həyat təcrübəsinə, məsləhətlərinə daim ehtiyac duyulduğunu bildirdi. O qeyd etdi ki, sizlər bu şəhəri qurub yaradanlarsınız, bu şəhərə daha çox sizlər can yandırırsız. Bildirdi ki, ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi ümummilli lider Heydər Əliyevin sosial siyasi kursunun vacib tərkib hissəsi olub. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilir. Bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb. Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. İlham İsmayılov bütün qocalara həyatlarının bu çağında hüzur və sakit ömür arzuladı.

   Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov  da 1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə qocaları təbrik etdi, onlara cansağlığı arzuladı. Ahıllara daim qayğı göstərən şəhər rəhbərliyinə minnətdarlıq etdi.
   Ahılların adından çıxış edən şəhər ağsaqqalı Tofiq Qarayev və 99 yaşlı Böyük Vətən müharibəsi veteranı Baba Əliyev və və digərləri   şəhərin köhnə sakinləri kimi Mingəçevirdə aparılan abadlıq və quruculuq işlərindən məmnun olduqlarını bildirdilər. Onları unutmayan icra başçısına təşəkkür etdilər.
Tədbirin sonunda  icra başçısı onların hər birinə can sağlığı arzuladı və qeyd etdi ki, hər birinizin 100 illik yubleyinizi keçirməyə söz verirəm.

Sonda  ahıl insanlarla xatirə şəkili çəkdirilib.

Keçidlər