Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gənclərlə görüş keçirdi.

24 sentyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun Gənclər Evində gənclərlə görüşü keçirilib. Tədbiri açan şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli tələbə və gənclərin hazırlayıb reallaşdırdıqları müxtəlif layihələrin onların bilik və dünyagörüşlərinin artırdığını bildirdi. Şəhərimizin təhsil ocaqlarını təmsil edən gənclər yenilikləri öyrənməklə öz fəaliyyətlərində tətbiq edirlər, müxtəlif debat və intellektual yarışlar keçirirlər, idman yarışlarında özlərini sınayırlar.
   Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi qayğı və diqqətin hazırda prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini bildirdi. Qeyd etdi ki, Mingəçevir gəncləri hər zaman fəal olub, bu gün də elədir.  Gənclərin fiziki inkişafı, biliklərinin zənginləşməsi, əsasən ləyaqətli Vətən övladı kimi yetişməsi üçün bir çox sənədlər imzalanıb və reallaşıb. Şəhər rəhbəri ölkəmizdə həyata keçirilən Regionların Sosial İqtisadi İnkişaf proqramı çərçivəsində Mingəçevirdə həyata keçirilən abadlıq-quruculuq işlərindən də bəhs etdi.

Keçidlər