Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.

20 sentyabr 2019 | 16:00

Sentyabrın 20-də Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib. İclası açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov gündəlikdə duran məsələlər barədə məlumat verib. “Şəhərin sənaye müəssisələrinin fəaliyyətini təhlili, istehsalın genişləndirilməsi istiqamətində görülən tədbirlər haqqında” aparatın Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri İlqar Pirməmmədov, “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği sahəsində aparılan işlərin vəziyyəti barədə” aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Sahib Əliyev, “Daxil olan korrespondensiyanın qəbul edilməsi, ərizə şikayətlərə və xidməti sənədlərə şöbələr tərəfindən baxılması vəziyyəti haqqında” aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarova, “Memarlıq və tikinti şöbəsinin 2019-cu ildə həyata keçirəcəyi tədbirlər haqqında” Memarlıq və tikinti şöbəsinin müdiri Etibar Abdullayev məruzə etmişlər. Məruzələr ətrafında çıxışlar olmuşdur. Müzakirə olunan məsələlərlə bağlı qərar layihələri qəbul edilmişdir.
   Sonda şəhər rəhbəri İlham İsmayılov şura iclasına yekun vuraraq ölkəmizdə həyata keçirilən Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramının Mingəçevirdə də uğurla davam etdirildiyini və yeni layihələrin reallaşdığını bildirmişdir.

Keçidlər