Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

11 sentyabr 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 18 saylı orta məktəbdə oldu. Görüşü açan şəhər rəhbəri qeyd etdi ki, ölkə prezidenti İlham Əliyevin cari ildə imzaladığı müvafiq sərəncamlara əsasən əhalinin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində əməli işlər görülüb.  Yeni iş yerləri açılıb. Ölkəmizdə bir sıra infrastruktur layihələr həyata keçirilir. Şəhərimizdə abadlıq-quruculuq işləri genişlənir, işıqlandırma sistemi yenilənir, küçə və məhəllələrdə asfaltlanma işləri görülür, yaşıllıq zolaqları genişlənir. Şəhər başçısı bildirdi ki, keçirilən görüşlərin məqsədi sakinləri narahat edən problemləri öyrənmək və onların həllinə nail olmaqdır.

   Görüşdə sakinlər şəhərimizdə həyata keçirilən abadlıq–quruculuq işlərini təqdir etdi və onlara göstərilən diqqət üçün ölkə rəhbərinə və şəhər başçısına minnətdarlıqlarını bildirdilər. Eyni zamanda onları narahat edən problemləri: istilik sisteminin bərpa edilməsi, ərazinin və fərdi evlərin yolunun asfaltlanması, şəhid bulağının ətrafının səliqəyə salınması kimi məsələlərdən bəhs etdilər.

   Şəhər rəhbəri İlham İsmayılov görüşdə iştirak edən idarə və təşkilat rəhbərlərinə qaldırılan problemlərlə bağlı tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, sizləri narahat edən hər bir məsələ ardıcıl olaraq həllini tapacaq.

Keçidlər