İcra başçısı jurnalistləri təbrik etdi
Milli Mətbuatın 138-ci il dönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov jurnalistlərlə görüş keçirib. İlk öncə jurnalistlər ehtiram əlaməti olaraq ulu öndərin heykəli önünə tər çiçəklər düzüblər.
Daha sonra şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə icra başçısı Niyazi Bayramov çıxış edərək jurnalistlərin peşə bayramı münasibəti ilə təbrik edib, onlara can sağlığı arzulayıb. Azərbaycan mətbuatının 138 illik şanlı yoluna nəzər salan İcra Hakimiyyəti başçısı ümummilli liderin və onun davamçısı Prezident İlham Əliyevin KİV-in inkişafına daim diqqət göstərdiklərindən danışıb.
“Mingəçevir “qəzetinin baş redaktoru Naib Rüstəmov, ”Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, ”Leysan jurnal”nın redaktoru İsmayıl İmanzadə, ”Zaman”qəzetinin bölgə müxbiri Esmira Hidayətova, ”Azərbaycan işıqları”qəzetinin bölgə müxbiri Yusif Ələkbərov və başqaları çıxış edərək milli mətbuatın yaranma tarixindən, milli mətbuatın qazandığı naliyyətlərdən söz açıblar.
N.Bayramov Mingəçevirdə sənaye parkının salınması, təhsildə qazanılan uğurlar, şəhər xəstəxanasının, məktəblərin, uşaq bağçalarının təmiri, su-kanalizasiya sisteminin yenidən qurulması və ən başlıcası, jurnalistlərin problemləri vaxtında qabartması barədə də söhbət açıb. T'dbirin sonunda köhnə binaların fasadının milli memarlıq üslubunda qurulması ilə bağlı layihənin eskizlərilə KİV nümayəndələrini tanış edib, çoxsaylı sualları cavablandırıb.