Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə asfalt üzərində Rəsm müsabiqəsi keçirilib.

04 sentyabr 2019 | 16:00

Sentyabrın 4-də Mingəçevir şəhər stadionunda Azərbaycan Respublikası Ombudsmanın təşəbbüsü ilə respublikamızda keçirilən sülh aylığı çərçivəsində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın xətti ilə tədbir təşkil olunmuşdur. “Qoy həmişə günəş olsun” devizi ilə həyata keçirilən bu tədbirə MİS-lərin ərazisində yaşayan uşaq və yeniyetmələr, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları cəlb olunmuşlar. Uşaq və yeniyetmələrin, eləcə də valideynlərin böyük marağına səbəb olan asfalt üzərində rəsm, eləcə də əl işlərindən ibarət sərgi tədbirə gələnlərin diqqətini cəlb edirdi. Asfalt üzərində rəsm əsərlərində əsasən uşaqların sülh arzuları, istəkləri tərənnüm olunurdu. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müsabiqəyə təqdim olunan rəsm əsərləri və əl işləri ilə yaxından tanışlıqdan sonra çıxış edərək müasir dövrdə insanların sülhə, əmin-amanlığına ehtiyacı olduğunu bildirdi və rəsm müsabiqəsində uşaqların bu sahəyə aid düşüncələrini yüksək qiymətləndirdi. Tədbirdə Uşaq Gənclər və İnkişaf Mərkəzinin və eləcə də 1, 2, 4, 6, 10, 12, 16 nömrəli uşaq bağçalarının körpə fidanlarının ifalarında səslənən şeir və mahnılar iştirakçıların ovqatına xoş təsir bəxş etdi. Müsabiqənin sonunda 3 nəfər qalibə şəhər İcra Hakimiyyətinin diplomu, 10 nəfərə isə hədiyyələr təqdim olundu.

Keçidlər