Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsi üzvləri ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirilmişdi.

29 avqust 2019 | 16:00

Avqustun 29-da Heydər Əliyev Mərkəzinin ikinci mərtəbəsində Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsi üzvləri ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirilmişdi. Görüşdən əvvəl İcra Hakimiyyətinin başçısı yerli yazarların əsərlərindən ibarət kitab sərgisi ilə tanış olmuşdur.

   Görüşü açan İcra başçısı qeyd etdi ki, belə görüşlər şəhərimizin müxtəlif məhəllələrində ənənəvi xarakter almışdır. Bu görüşlərdə insanları narahat edən məsələlər qaldırılır və onların mərhələ-mərhələ həlli həyata keçirilir. Bugünədək şəhərimizin müxtəlif yerlərində sakinlərin rahatlığı üçün 17 nümunəvi məhəllə istifadəyə verilmişdir. Eyni zamanda “Dövlət rəmzləri” muzeyi tikilir və onun ətrafında 200 nəfərlik örtülü səhnə və musiqili fəvvarə istifadəyə veriləcəkdir. “Dostluq” parkında abadlıq-quruculuq işləri də davam etməkdədir. Burada uşaqlar üçün əyləncə meydançaları, söhbətgahlar, insanların istirahəti üçün oturacaqlar və yaşıllıqlar salınacaq.
   Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsində təmsil olunan yazarlarla da görüşün vacibliyinə toxundu. Bildirdi ki, bu bölmənin yaradılması şəhərimiz üçün əhəmiyyətli məsələdir. Ayrı-ayrı vaxtlarda bölmənin xəttilə keçirilən poeziya və yubiley gecələri, yeni kitab təqdimatı mərasimləri əlamətdar hadisə kimi xoş xatirəyə çevrilib.

   Görüşdə AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə və digər yazar və şairlər çıxış edərək bu günkü səmimi  görüşə görə icra başçısına minnətdarlıq bildirib, öz ürək sözlərini bölüşüblər.

Keçidlər