Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

28 avqust 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Energetiklər yaşayış massivində 8 nömrəli tam orta məktəbin foyesində keçirildi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizdə və eləcə də Mingəçevir şəhərində həyata keçirilən tədbirlər haqqında məlumat verdi. Qeyd etdi ki, ölkəmizin iqtisadi qüdrəti artdıqca əhalinin sosial durumunun yaxşılaşdırılması məqsədilə bir sıra mühüm sərəncamlar həyata keçirilir. Cənab prezidentin sərəncamları ilə ölkəmizdə minimum əmək haqqları, pensiyalar qaldırılmış, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, qaçqın və məcburi köçkünlərə yüksək diqqət və qayğı göstərilmişdir. Ölkəmizdə abadlıq-quruculuq işlərinin aparılmasına xüsusi diqqət yönəldilmişdir. Bu baxımdan Mingəçevir şəhərində həyata keçirilən tədbirlər göz qabağındadır.

   Görüşdə sakinlər şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə Azərbaycan Respublikasının prezidentinə və şəhər İcra Hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər və qarşılaşdıqları bir sıra problemlərin - yaşayış binalarında istilik sisteminin çəkilməsini, kanalizasiya sisteminin normal vəziyyətə gətirilməsini, uşaqların əylənməsi üçün yeni idman qurğularının yaranmasını, küçə və məhəllələrdə işıqlanma sisteminin daha da artırılmasını, eyni zamanda qaçqın və məcburi köçkünlər üçün yeni yaşayış evlərinin tikilməsini  və onların mənzil şəraitinin yaxşılaşdırımasını və məhəlləyə bitişik olan mərkəzi küçələrdə avtomobillərin gediş-gəlişini nəzarətə götürülməsini xahiş etdilər.

   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşdə iştirak edən müvafiq idarə, müəssisə, təşkilat rəhbərlərinə məsələlərin həllini nəzarətə götürməyi tapşırdı. Görüşdə iştirak edən sakinləri əmin etdi ki, Mingəçevirdə abadlıq-quruculuq işləri durmadan davam etdiriləcək və onların qaldırdıqları bütün məsələlər mərhələ-mərhələ öz həllini tapacaq.

Keçidlər