Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın növbəti iclası keçirildi.

27 avqust 2019 | 16:00

Avqustun 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın iclası keçirildi. Şura iclasında 3 mühüm məsələ müzakirə olundu: “2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı şəhərin idarə, müəssisə və təşkilatlarında icrası nəzərdə tutulan tədbirlər haqqında” , “Vətəndaşların mülkiyyət hüququnun qorunması, pozulmuş hüquqların bərpası istiqamətində görülmüş işlər barədə” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar Mingəçevir şəhərində görülən işlərin vəziyyəti haqqında Gənclər və İdman İdarəsinin rəisi K.Nəcəflinin hesabatı”.
   Şura iclasında birinci məsələ barəsində şəhər İcra Hakimiyyəti başçısı müavini Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova, ikinci məsələ ilə bağlı şəhər İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Mahir Əliyev, üçüncü məsələ haqqında Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış etdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov müzakirə olunan məsələlərə yekun vuraraq qeyd etdi ki, şura iclasına çıxarılan məsələlərin müzakirəsi əyani şəkildə göstərdi ki, görülən işlərlə yanaşı bir sıra nöqsan və çatışmazlıqlar da mövcuddur. Odur ki, hər bir aidiyyəti olan təşkilatın rəhbərindən məsələyə daha ciddi yanaşılması, payız-qış mövsümunda qarşıya çıxacaq bütün problemlərin vaxtında aradan qaldırılmasına nail olunması tapşırıldı. Müzakirələrdən sonra hər bir məsələ üzrə qərarlar qəbul olundu.

   Şura iclasında xalq qəzetinin bölgə müxbiri İlqar Həsənova uzun illər səmərəli fəaliyyətinə, Mingəçevir şəhəri ilə sıx əlaqələrinə və anadan olmasının 60 illiyinə görə Mingəçevir şəhə İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyəsi təqdim olundu.

 

Keçidlər