Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq işləri davam edir.

23 avqust 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı  regionların sosial iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də abadlıq-quruculuq işləri ardıcıl surətdə davam etdirilir.  Belə ki, avtomobil yolları asfaltlanır, məhəllə daxili ərazilərdə yollarda bərpa işləri aparılır, park və istirahət mərkəzləri genişləndirilir, yaşıllıq zolaqlarına qulluq edilir. Bu işlərin davamı olaraq A.Məmmədov küçəsindəki  3000 kv.metrlik avtomobil yolunun asfaltlanması işlərinə başlanıb. Həmin ərazidə asfalt örtüyü frezlə qaşınaraq götürüldükdən sonra yolda bərkidilmə işləri aparılır və asfaltlanma işləri görüləcək. Eyni zamanda 127-ci məhəllədə daxili yolların asfalt örtüyünün təmir işləri aparılır, səkilər salınır, bordürlər düzülür.

Keçidlər