Şriftin ölçüsü :

Saytın rəngi :

Finalın qalibləri mükafatlandırılmışdır.

22 avqust 2019 | 16:00

Mingəçevir şəhər  İcra Hakimiyyətinin tövsiyyəsinə uyğun olaraq şəhər Gənclər və İdman İdarəsi və Mənzil İstismar sahələri tərəfindən yay tətili günlərində məhəllələr arası idmanın müxtəlif növləri üzrə birincilik yarışlarının keçirilməsi təşkil edilmişdir.
   Ötən müddət ərzində futbol və dama yarışları başa çatıb, növbəti yarışlar- yaşlılar arasında nərd, yeniyetmələr arasında şahmat, qızlar arasında isə voleybol  turnirləri də keçiriləcəkdir. Əsas məqsəd yay mövsümündə gənclərin eyni zamanda yaşlı insanların asudə vaxtlarını səmərəli təşkil edilməsidir. Digər tərəfdən də bu tədbirlərdə sağlam həyat tərzinin təbliğ olunması nəzərdə tutulur.
   22 avqust 2019-cu il tarixdə Şahmat məktəbinin həyətində keçirilən turnirlərin final yarışları təşkil edilmişdir. Mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək gənclərin hər birini təbrik etmiş, onlara uğurlar arzulamışdır. O, qeyd etmişdir ki, şəhərimizdə yaradılan nümunəvi məhəllələrdə uşaqlar və yeniyetmələrin yay istirahətinin təşkili eyni zamanda, onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün idman qurğuları, mini futbol meydançaları da qurulur. Bu yarışların daha çox keçirilməsi və kütləviyə nail olunması üçün belə tədbirlərin məhəllələrdə təşkil olunması tövsiyyə edilmişdir.
  Tədbirdə Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli də çıxış edərək belə tədbirlərin təşkilində məqsəd  gənclər arasında  idmana marağı artırmaqdan ibarət olduğunu bildirmişdir.
   Sonda dama və futbol yarışı qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Keçidlər