Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi.

20 avqust 2019 | 16:00

Avqustun 20-də Mingəçevir şəhər İcra Hakimiyyətinin müşavirə zalında Şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclası keçirildi. Şura iclasında 3 məsələ müzakirə olundu. 1. “Mingəçevir şəhərində icazə verilməmiş yerlərdə küçə ticarəti və iaşə xidmətləri göstərməklə məşğul olan şəxslər barədə məlumatların toplanması haqqında”. 2. “Şəhər ərazisində ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin ərazilərində abadlıq, təmizlik işlərinin aparılması və ya yaşıllıq zolaqlarına qulluğun vəziyyəti haqqında”. 3. “DOST iş mərkəzi” MMC tədəfindən 23.07.-25.07.2019-cu il tarixlərində idarələrə təhkim olunan sosial işçilərin davamiyyəti üzrə aparılan monitorinqin nəticələri haqqında”.
   Şura iclasında müzakirə olunan birinci məsələ haqqında şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri İlqar Pirməmmədov, ikinci məsələ üzrə ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, üçüncü məsələ üzrə şəhər İcra Hakimiyyəti başçısının müavini-şəhər təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova çıxış etdilər. Hər bir məsələ üzrə geniş müzakirələr aparıldıqdan sonra müvafiq qərarlar qəbul olundu.
   Sonda şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov hər bir məsələ üzrə yekun fikirlər söyləyərək qarşıda duran vəzifələr haqqında müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər