Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Heydər Əliyev prospektindəki 72, 72/a, 74, 74/1, 76 saylı binalarının sakinləri ilə keçirildi.
Görüşü açan şəhər rəhbəri bildirdi ki, ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə hər həftə sakinlərlə keçirilən səyyar görüşlərdə qaldırılan problemlərin, narahatçılıq doğuran məsələlərin həlli diqqət mərkəzinə çəkilir. Qeyd olundu ki, ölkə prezidenti insanların sosial rifah halının yaxşılaşdırılması məqsədi ilə cari ilin əvvəllərindən bir sıra sərəncamlar imzalayıb. Minimum əmək haqqı, sosial müavinətlər, məcburi köçkünlərə verilən müavinətlər artırılıb, problemli kreditlərin həlli yolu tapılıb, şəhid ailələrinə birdəfəlik müavinətlər ödənilib. Şəhərimizdə geniş abadlıq və quruculuq işləri davamlı olaraq yerinə yetirilir, parklar, istirahət məkanları salınır, yaşıllıqlar genişlənir.
Sakinlər istilik və işıqlanma sisteminin olmaması, blokların təmir olunması, giriş qapılarının qoyulması, zirzəmidə mövcud olan antisanitar vəziyyətin olması, uşaqlar üçün əyləncə yerinin olmaması, xeyir-şər mağarının bərbad vəziyyətdə olmasını qeyd etdilər.
Şəhər rəhbəri qaldırılan problemlərin həlli ilə bağlı idarə və müəssisə rəhbərlərinə tapşırıqlarını verərək sakinləri əmin etdi ki, onları narahat edən hər bir məsələ həllini tapacaq.