YAP şəhər təşkilatının fəalları ilə görüş
Yeni Azərbaycan Partiyası Sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədovun hakim partiyanın Mingəçevir şəhər təşkilatının fəalları ilə görüşü keçirilib. Tədbirdə politoloq, millət vəkili Mübariz Qurbanlı, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov və ictimayyət nümayəndələri iştirak edib.
Mingəçevir Politexnik İnstitutunda keçirilən görüşdə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov son 10 ildə respublikamızda bütün sahələrdə həyata keçirilən davamlı sosial iqtisadi inkişaf tədbirlərindən danışıb. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin qüdrətli dövlətə çevrildiyini, regional və beynəlxalq nüfuzunun artdığını, əhalinin rifah halının günü gündən yaxşılaşdığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü diqqətə çatdırıb. Azərbaycanın inkişafının davamlı olması üçün oktyabr ayında keçiriləcək prezident seçkilərində yenidən İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinin vacibliyin xüsusi vurğulayan sədr müavini təbliğat işlərinin aparılması ilə bağlı tövsiyələrini bildirib. Gənclərin, qadınların böyük nüfuza malik ağsaqqal və ziyalıların təbliğat işlərində fəal iştirakının təmin olunmasının zəruriliyini qeyd edib. Ümidvar olduğunu bildirib ki, həmişə olduğu kimi növbəti prezident seçkilərində də mingəçevirlilər İlham Əliyevin namizədliyini dəstəkləməklə Azərbaycanın bundan sonrakı inkişafını təmin edəcəklər. Görüşdə çıxış edən natiqlər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin səmərəli nəticələrindən və bu xəttin xalq tərəfindən dəstəklənməsindən bəhs ediblər. Şəhər təşkilatının üzvləri qarşıdakı seçkilərdə birmənalı şəkildə İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar. Sonda YAP sıralarına yeni daxil olmuş 5 nəfər gənci Əli Əhmədov təbrik edib və onlara nişan və bileti təqdim edib.