Qurban bayramı münasibətilə Mingəçevirdə 1150 imkansız ailəyə qurban payı paylanmışdır.
Avqustun 12-də respublikanın hər yerində olduğu kimi Mingəçevir şəhərində də Qurban bayramı böyük ruh yüksəkliyi ilə yüksək səviyyədə qeyd edildi. Tədbirdə iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Mingəçevir sakinlərini Qurban bayramı münasibətilə təbrik etdi, onlara bütün arzu və niyyətlərinin Allah dərgahında qəbul olunmasını arzuladı. Qeyd edildi ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə milli-mənəvi dəyərlərə yüksək qiymət verilib və bugündə ölkə prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. İcra başçısı bildirdi ki, Azərbaycanda tolerant mühit formalaşıb, bütün dinlərə hörmətlə yanaşılır və insanların sərbəst dini etiqad və inancları üçün tam normal şərait yaradılıb. Dövlət səviyyəsində dini bayramların, o cümlədən müqəddəs Qurban bayramının qeyd olunması da bu deyilənlərə əyani sübutdur.
Qurban bayramı münasibətilə Mingəçevirdə imkansız ailələr, şəhid ailələri, əlillərə və bu təbəqədən olan ümumilikdə 1150 ailəyə qurban payı paylanmışdır.