Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin Şura iclası keçirilib.

07 avqust 2019 | 16:00

07 avqust  2019-cu il tarixdə Mingəçevir şəhər İcra Hakimiyyətinin “ 2019-cu ilin 6 ayında Mingəçevir şəhərinin  sosial-iqtisadi inkişafının vəziyyəti və qarşıda duran vəzifələr ” ə həsr edilmiş Şura iclası keçirilib.
   İclası Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq qeyd etdi ki, iyul ayının 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilmişdir. Cənab Prezident iclasda etdiyi giriş nitqində ilin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu və bu, özünü rəqəmlərdə də əks etdirdiyini bildirdi. Cari ilin 6 ayında iqtisadiyyatın 2,4 faiz, qeyri-neft sektorunun 3,2 faiz, qeyri-neft sənayesinin 15,7 faiz, kənd təsərrüfatının 13 faiz, bitkiçiliyin 25 faiz, büdcə daxilolmalarının Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artdığını və minimum əməkhaqqı, minimum pensiyaların əhəmiyyətli dərəcədə qaldırıldığını qeyd etdi.
   Gündəlikdə duran məsələ haqqında İcra Hakimiyyəti başçısının müavini – Şəhər Təsərrüfatı şöbəsinin müdiri Məhluqə Cavadova, Maliyyə İdarəsinin rəisi Samir Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev, Sukanal İdarəsinin rəisi Maarif Məmmədov, Gənclər və İdman İdarəsinin  rəisi Kamal Nəcəfli, AZ.İES MMC-nin direktoru Təhmasib Hüseynov çıxış etdilər.
   Yığıncaq müvafiq qərar qəbul etdi. Yığıncağın yekununda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək vurğuladı ki, ölkə rəhbəri tərəfindən regionlara olan diqqət və qayğı şəhərimizin inkişafına da xüsusi təsir göstərməkdədir. Bu ilin 6 ayında şəhərdə aparılan yenidənqurma və abadlıq işləri dahada genişlənmiş və yüksək surətlə davam etməkdədir.
   Şura yığıncağında  müəssisə və təşkilatların rəhbərləri ilə bərabər şəhər ictimayətinin, ağsaqqalların, veteran təşkilatların nümayəndələri iştirak edirdilər.

Keçidlər