Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

07 avqust 2019 | 16:00

D.Əliyeva küçəsi 1, 2 və İ.Qayıbov küçəsindəki 3, 3/1, 6 nömrəli binaların sakinləri avqustun 7-də 7 nömrəli məktəbin foyesində təşkil olunan Mingəçevir İcra Hakimiyyəti başçısı İlham İsmayılovun səyyar görüşünə dəvət olunmuşdular. Qeyd edilən ərazidə bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Belə ki, ağacların dibləri bellənmiş, gövdələri ağardılmış, dibləri sulanmış, insanların istirahəti üçün oturacaqlar qoyulmuş, binaların fasadları qaydaya salınmışdı.
   Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov sakinlərlə görüş zamanı onlara ölkədə və Mingəçevirdə həyata keçirilən əməli işlər barədə ətraflı  məlumatlar verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması yönümündəki tədbirlərə toxundu. Bildirdi ki, ölkəmizin iqtisadi inkişafı yüksəldikcə sosial yönümdəki tədbirlərin sayı da durmadan artır. Məhz buna görə Azərbaycan dünyada sosial yönümlü ölkə kimi diqqət mərkəzindədir. Mingəçevirdə aparılan işlər barədə məlumat verən icra başçısı qeyd etdi ki, hazırda şəhərimizin bir sıra yaşayış massivlərində, məhəllələrində abadlıq-quruculuq işləri surətlə davam edir. Bütün bunlar cənab prezidentin tapşırığına müvafiq həyata keçirilir və şəhər sakinlərinin arzu və istəklərinin yerinə yetirilməsinə töhfədir.

   Görüşdə iştirak edən sakinlər – İ.Qayıbov və D.Əliyeva küçələrində məhəllədaxili işıqlanmanın olmaması, Heydər Əliyev parkında içməli suya ehtiyac olduğunu, söhbətgahlar və oturacaqların qoyulması, parkın mərkəzində yeni musiqili fəvvarə yaradılması, istilik sisteminin bərpa olunması, xeyir-şər mağarlarının qaydaya salınmasına köməklik göstərilməsi, ağacların vaxtlı-vaxtında sulanması, bəzi binaların fasad hissələrinə pəncərələrin qoyulması müsbət hal kimi dəyərləndirilsə də, onların çöl hissədən təmizlənməsinə köməklik göstərilməsini kimi problem və təkliflərini irləi sürdülər.

   Mingəçevir İcra Hakimiyyəti başçısı İlham İsmayılov idarə, müəssisə, təşkilat rəhbərlərinə problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlarını verdi və sakinləri əmin etdi ki, qaldırılan məsələlər nəzarətə götürülərək öz müsbət həllini tapacaq.

Keçidlər