Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük fəaliyyıtini başa vuran bir qrup gənclərlə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirildi.

31 iyul 2019 | 16:00

İyulun 31-də Mingəçevir şəhər İcra Hakimiyyətində “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə başlayan gənclərin bir qrupu ilə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun görüşü keçirildi. İcra Hakimiyyətinin müşavirə zalında keçirilən görüşü açan İcra başçısı İlham İsmayılov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin tövsiyyələrinə müvafiq olaraq Mingəçevirdə könüllülük fəaliyyətinə geniş yer verilməsi haqqında ətraflı məlumat verdi. Şəhər rəhbəri 2 ay bundan qabaq İcra Hakimiyyətində fəaliyyətləri qeydə alınan 4 gəncə əməli işlərinə görə sertvikatlar təqdim etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Sonra könüllülər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə və şəhər İcra Hakimiyyəti başçısına minnətdarlıqlarını bildirdilər. Qazandıqları təcrübənin gələcək fəaliyyətlərində uğurla davam etdirəcəklərini dedilər. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər