Vətəndaşlarla görüş
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq vətəndaşlarla səyyar görüşlər keçirir. Bu dəfə ki vətəndaşlarla səyyar görüşü şəhərin Üzeyir Hacıbəyov küçəsi 72 nömrəli binanın önündə olub. İlk öncə çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların hər yerdə, o cümlədən Mingəçevirdə də uğurla davam etdirilməsini vurğulayıblar. Daha sonra qeyd ediblər ki, bu kvartalda öz həllini gözləyən bir çox problemlər mövcuddur. Sakinləri narahat edən ən çox binaların dam örtüyünün, blokların və həyətlərdəki xeyir-şər mağarlarının bərbad vəziyyətdə olması ilə bağlı olan problemlərdir. Daha sonra çıxış edən icra başçısı mövcud problemlərlə bağlı aidiyyatı qurumların rəhbərlərini açıq mikrafon qarşısına dəvət edərək sosial problemlərin həll olunması üçün tapşırıqlarını verib və vurğulayıb ki, aidiyyatı orqanlar tərəfindən qeyd edilən bütün problemlərin aradan qaldırılması üçün sistemli və əhatəli tədbirlər həyata keçiriləcəkdir.