Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Rəmzləri muzeyinin tikintisinin təməlqoyma mərasimi keçirildi.

29 iyul 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ictimaiyyətinin nümayəndələri ilə birlikdə Dövlət Rəmzləri muzeyinin tikintisinin təməlqoyma mərasimində iştirak etdi və bildirdi ki, Ulu öndər H.Əliyev həmişə insanlarda dövlət rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağın vacib məsələ olduğunu qeyd edirdi. Bu muzeydə dövlət bayrağı, gerbi, himni ilə yanaşı Azərbaycanın dövlət sərhədlərini özündə əks etdirən tarixi xəritələr, pul vahidləri və digər rəmzlər olacaq və ən nümunəvi qaydada tərtib olunaraq insanların istifadəsinə veriləcək. Burada şəhər sakinləri, xüsusilə gənc nəslin nümayəndələri, məktəblilər muzeyin verdiyi imkanlardan istifadə etməklə yeni biliklər əldə edə biləcəklər. Muzeyin yaxınlığında 200 yerlik örtülü yay səhnəsi, ona yaxın 1,4 hektar ərazidə parkın genişləndirilməsi işləri aparılacaq, burada musiqili fantan, idman meydançası, söhbətgahlar, oturacaqlar qoyulacaq, kişik yaşlı uşaqların əyləncəsi üçün  meydançalar, idman qurğuları quraşdırılacaq. 
   Əraziyə baxış zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri maraqlandıran suallara aydınlıq gətirdi.

Keçidlər