Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

24 iyul 2019 | 16:00

İyulun 24-də 17 nömrəli məktəbin akt zalında keçirilən səyyar görüş Aydın Məmmədov küçəsi 4/1, 4/2, 6, 6/1, 6/2, 6/3 binalarını əhatə edirdi. Bu ərazidə bir sıra abadlıq-quruculuq işləri görülmüş, çoxmənzilli yaşayış binalarının dam örtükləri əsaslı şəkildə təmirdən çıxarılmış, yeni ağac tingləri əkilmiş, bir sıra yerlərdə səkilər və nəqliyyat yolları qaydaya salınmışdır.
   Görüşdə şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov ölkəmizdə və şəhərimizdə həyata keçirilən bir sıra mühüm tədbirlər haqqında məlumat verdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı Sərəncamlar ilə əhalinin həyat səviyyəsinin yaxşılaşmasına yönəldilən sosial yönümlü tədbirləri, Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, əhalinin az təminatlı təbəqələrinə göstərilən qayğını, o cümlədən minimum əmək haqqının qaldırılmasına yönəldilmiş əməli işləri diqqət mərkəzinə çəkdi. Mingəçevirdə həyata keçirilən abadlıq-quruculuq işlərini də diqqətə çatdıran şəhər İcra Hakimiyyəti başçısı birmənalı şəkildə qeyd etdi ki, bütün bunlar cənab prezidentin mingəçevirlilərə və Mingəçevirə göstərdiyi qayğının bəhrəsidir.

   Görüşdə iştirak edən sakinlər şəhərdə aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə edərək özlərinin və məhəllənin problemlərini - məhəllələrdə işıqlanma sisteminin zəif olması, uşaqların və yeniyetmələrin əylənməsi üçün idman qurğularının və əyləncə vasitələrinin olmaması, sakinlərin istirahəti üçün söhbətgahların və oturacaqların azlığı, məhəllələrdə asfalt örtüyünün tam bərpa edilməməsi, ağacların sulanması üçün su xətlərinin çəkilməməsi, yaşayış binalarında dəhlizlərin əsaslı təmirə ehtiyac duyulması, xeyir-şər mağarlarının əsaslı şəkildə təmir olunmasına köməklik göstərilməsi, Şəhid bulağının yaradılması, əraziyə yaxın olan iaşə obyektlərində gecə vaxtlarında özbaşınalığın mövcudluğu, əlilliyə görə qrupların verilməsində süründürməçiliyə yol verilməsi, şəkər xəstələrinə vaxtlı-vaxtında dərmanların və testlərin verilməməsi və s. məsələləri dilə gətirdilər.

   Şəhər rəhbəri İlham İsmayılov hər bir çıxışı diqqətlə dinləyərək müvafiq tədbirlər görülməsi üçün görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə tapşırıqlar verdi, eləcə də şəhər İcra Hakimiyyətinin məsul şəxslərinə məsələləri nəzarətə götürməyi tapşırdı.

Keçidlər