Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində Şuranın geniş iclası keçirildi.

23 iyul 2019 | 16:00

Mingəçevir şəhər İcra Hakimiyyətində Şuranın geniş iclası keçirildi. Şura iclasında gündəliyə uyğun olaraq 3 məsələ müzakirə olundu. 1-ci məsələ - “Əhalinin sanitar-epidemioloji sağlamlığının qorunması sahəsində şəhərdə aparılan işlər haqqında” şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən V.Məmmədova, 2-ci məsələ - “Mingəçevir şəhərində  ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin  təmin edilməsi haqqında” Ərazi idarəetmə və yerli  özünüidarəetmə orqanları  ilə iş şöbəsinin baş məsləhətçisi Xanlar Qurbanov, 3-cü məsələ - “Mingəçevir şəhər İcra Hakimiyyətinə 2019-cu ilin 6 ayı ərzində daxil olmuş sənədlərlə işin, vətəndaşların təklif, ərizə, şikayətlərinə  baxılması vəziyyəti haqqında”aparatın Sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Heyran Şikarova çıxış etdilər.
   Şura iclasında hər bir məsələ üzrə geniş müzakirələr aparıldı. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov hər bir məsələnin həlli üzrə konkret tapşırıqlar verdi, tövsiyyələrini bildirdi. Müzakirə olunan məsələlər barədə müvafiq qərarlar qəbul olundu.

Keçidlər