Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirildi.

22 iyul 2019 | 16:00

Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilmişdir. Mətbuat işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ümummilli liderə ehtiramlarını bildirmişlər. İctimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuat günü münasibəti ilə mətbuat işçilərini təbrik etmiş və onlara yaradıcılıq uğurları arzulamışdır. Qeyd olunmuşdur ki, 144 il bundan əvvəl maarifpərvər ziyalı Həsən Bəy Zərdabinin  səyi ilə nəşrə başlayan "Əkinçi"  qəzeti cəmiyyətin maariflənməsində mühüm rol oynayıb.  Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə uğurlu  inkişaf yolu keçən mətbuatımızıın keşməkeşli dövrləri də çox olub.  Məhz ulu öndərin ikinci dəfə hakimiyyəti dövründə mətbuat üzərindən senzura götürülüb, KİV haqqında Qanun qəbul edilib.   Bu yolu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə  mətbuatımız inkişaf yolunu davam etdirir.  Jurnalistlərin sosial-məişət problemlərinin  həlli, mənzillə təminatı, fəxri adların verilməsi təqdirəlayiq haldır. Mən bir daha xalqımızı əziz bayramımız münasibəti ilə ürəkdən təbrik edirəm.

   Çıxış edən  "Mingəçevirr" qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov,  "Mingəçevir işıqları" qəzetinin baş redaktoru  Fərman Nəbiyev,   "Bənövşə" jurnalının baş redaktoru İsmayıl İmanzadə, həmçinin Esmira Hidayətova, Yusif Ələkbərov,  Ehtiram Muradov, Tərlan Hüseynov həmkarlarına  təbriklərini və xoş arzularını çatdırdılar.

   Sonda xatirə şəkili çəkdirildi. Jurnalistlərə şəhər rəhbərliyi tərəfindən ziyafət verildi.

Keçidlər