Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyari görüş keçirdi.

19 iyul 2019 | 16:00

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun növbəti səyyar görüşü Ə.Vahid küçəsi 6, N.Nərimanov küçəsindəki 23, 25 və 30 nömrəli binalarda yaşayan sakinləri əhatə edirdi. Qeyd edək ki, həmin binalarda dam örtükləri əsaslı təmir edilmiş, binaların fasadları qaydaya salınmış, ərazidə ağacların dibləri bellənmiş, oturacaqlar qoyulmuş, sakinlərin rahatlığı üçün bir sıra şəraitlər yaradılmışdır.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilk öncə ölkəmizdə və şəhərimizdə həyata keçirilən tədbirlər haqqında sakinlərə məlumat verdi. Bildirdi  ki, Azərbaycan Respublikası prezidentinin son dövrlərdə imzaladığı Sərəncamlar ilə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər həyata keçirilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə qayğı göstərilir, onlara mənzillər verilir və digər yardımlar edilir. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, ölkəmizin beynəlxalq aləmdə də nüfuzu durmadan artır. Ölkəmizdə həyata keçirilən beynəlxalq əhəmiyyətli mühüm tədbirlər bunu bir daha sübut edir.

   Sonra sakinlər qarşılaşdıqları problemləri - məhəllədə təhlükəli ağacın budanması, piyada yolların, səkilərin vaxtlı-vaxtında təmirdən çıxarılmaması, binaların kanalizasiya sisteminin bərbad vəziyyətdə olması, işıqlanma sisteminin olmaması, obyekt tikintisi üçün torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi, park ətrafında saxlanılan yük maşınlarının gediş-gəlişə maneçilik yaratması və şəhid bulaqlarına su çəkilməsi kimi məsələləri dilə gətirdilər.

   Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələlərə aydınlıq gətirmək üçün görüşdə iştirak edən idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verdi. Eyni zamanda bildirdi ki, Mingəçevirdə əhalini narahat edən bütün məsələlər mərhələ-mərhələ öz həllini tapacaqdır.

 

Keçidlər