Şriftin ölçüsü :

Saytın rəngi :

“Asan peşə” təhsil mərkəzində məzun günü keçirildi.

28 iyun 2019 | 16:00

İyunun 28-də Mingəçevir şəhərində fəaliyyət göstərən “Asan peşə” təhsil mərkəzində məzun günü keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov da iştirak edirdi.
   Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məzunları təbrik edərək onlara müstəqil həyatda uğurlar arzulayıb. Qeyd edib ki, ölkə  prezidenti İlham Əliyevin rəhbərliyi ilə geniş inkişaf yolu keçən Azərbaycanın regionlarında çoxsahəli işlər həyata keçirilir. Yeni iş yerləri açılır, abadlıq-quruculuq işləri genişlənir, insanların sosial-rifah halının yaxşılaşması məqsədilə sərəncamlar icra olunur. Mingəçevir də inkişaf yolunda inamla irəliləyir. Əminəm ki, siz məzunlar da Azərbaycanın layiqli vətəndaşı kimi xidmətlərinizi ləyaqətlə göstərəcəksiniz.
   Tədbirdə “Peşə Dövlət” Agentliyinin direktor müavini Amil Əliyli, Mingəçevir Regional “Asan xidmət” mərkəzinin direktor müavini Elşən Əliyev çıxış edərək xoş arzularını çatdırmışlar.

Keçidlər